Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib. Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib.

Futbolçu intihar etdi

Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib.

"Report"un məlumatına görə, Bratislava "Slovan"ının hücumçusunun meyiti Vrakun meşə parkından tapılıb.

Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Halenarın 35 yaşı iyunun 28-də tamamlanıb.

Qeyd edək ki, Yuray Halenar yerli "İnter" (Bratislava), "Petrjalka", "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) komandasında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.

AzNews.az