- Köhnə - İdman
- 15 İyul 2018 22:00
- 6 017
DÇ-nın final matçında kuryoz hadisə - Fotolar
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının final oyununda maraqlı anlar yaşanıb.
APA-nın xüsusi müxbirinin Lujniki stadionundan verdiyi məlumata görə, Fransa və Xorvatiya milli komandaları arasında keçirilən final matçının 51-ci dəqiqəsində iki azarkeş qaçaraq stadiona daxil olub. Hakim oyunu saxlayıb. FİFA əməkdaşları stadiona daxil olanları çıxardandan sonra oyun davam etdirilib.
Rusiya mətbuatının yazdığına görə, stadiona daxil olanlar "Pussy Riot"un üzvləri olub. Onların "Milisioner oyuna daxil olur" aksiyası çərçivəsində bu hərəkəti etdikləri bildirilib.
AzNews.az