Bakı 2105-də aerobika gimnastikası üzrə yarışların nəticələrinin ümumi icmalı: Bakı 2105-də aerobika gimnastikası üzrə yarışların nəticələrinin ümumi icmalı:

AEROBİKA GİMNASTİKASI - Yaddaqalan məqamlar

Bakı 2105-də aerobika gimnastikası üzrə yarışların nəticələrinin ümumi icmalı:


Bakı 2015 Avropa Oyunları çərçivəsində Aerobika Gimnastikası üzrə yarışlar Milli Gimnastika Arenasında 17-21 İyun tarixlərində keçirilib.

AzNews.az xəbər verir ki, idmançıların proqramının orta müddəti 1 dəqiqə 30 saniyə təşkil edib. Yarışlarda maksimum iki akrobatik elementə icazə verilib.

Bakı 2015-də keçirilmiş aerobika gimnastikası yarışları ilə bağlı bəzi məlumatlarla tanış olun:

İştirakçıların sayı - 10 qarışıq cütlük və 11 qrup olmaqla 75 aerobika gimnastı Bakı 2015-də iştirak edib. Qrup yarışlarına 5 gimnast qatılıb.

Medallar - Qarışıq cütlük və qrup oyunları üzrə medallar təqdim olunub.

TİTULLU İDMANÇILAR

İspaniyadan Visente Lli Lloris / Sara Lopez Moreno cütlüyü - 2012-ci il dünya titulunun sahibi və 2015-ci il Dünya Kuboku seriyasının final reytinq yarışlarında birinci olmuş ispan cütlüyüdür. 2012-ci il Sofiyada qızıl medal uğrunda Dünya Çempionatında mübarizədə və 2015 -ci il Dünya Kubokunda finala çıxıblar. 2014-cü ilin dünya çempionatında ispan cütü altıncı olub.

Fransadan Maksim Deker-Breitel / David Orta cütlüyü - 2014-cü ilin Dünya Çempionatında Fransanın ’gümüş medalçılar qrupundadırlar.

MARAQLI MƏQAMLAR

Rumıniyalı aerobika gimnastı Bianka Qorqovan finala çıxıb qələbə çalacağına əmin deyildi. O, medaldan daha çox tamaşaçılara gözəl çıxış nümayiş etdirmək istədiyini deyib: "Yarış zamanı əlimizdən gələni edirik və izləyicilərə zövq verməyə çalışırıq" deyən Qorqovan istəyinə çatıb və artistizmə görə yüksək xal ala bilib.

QALİBLƏRİN SİYAHISI

Qarışıq cütlük yarışı:

Sara Lopez Moreno / Vicente Lli Lloris – qızıl
Miçela Kastoldi / Davide Donati cütlüyü (İtaliya) - gümüş
Duxik Canazyan / Denis Solovyev (Rusiya) - bürünc

Qrup finalları:

Macarıstan qızıl
Rumıniya gümüş
İspaniya - bürünc

İŞTİRAKÇI ÖLKƏLƏRİN NƏTİCƏLƏRİ:

Macarıstan
Rumıniya
İspaniya
Rusiya
Fransa
İtaliya