Lahiyənin davamlılığı məqsədi ilə mövzu ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulub Lahiyənin davamlılığı məqsədi ilə mövzu ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulub

Gənc sahibkarlar iş adamları ilə görüşdü

Lahiyənin davamlılığı məqsədi ilə mövzu ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulub

Azərbaycan Gənc Sahibkarlar Klubu "Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" mövzusunda layihəsini uğurla davam etdirir.

AzNews.az bildirir ki, bu kontekstdə Klubun koordinatoru Anar Sarıyev 18 Yanvar tarixində qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində bir qrup iş adamı ilə görüşlər keçirib. Qardaş ölkənin iş adamları ilə müzakirələr zamanı gələcək lahiyələr, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsindən bəhs edilib. İş adamlarının təklifləri ilə tanış olan Anar Sarıyev mövzu ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb.

Səfərin yekunları ilə bağlı açıqlamada bildirilir ki, səfər zamanı keçirilən görüşlərdə Türkiyədə fəaliyyət göstərən iş adamları ölkəmizin Qarabağın işğaldan sonraki iqtisadi inkişaf proseslərində yaxından iştirak etməyə maraqlıdırlar və onlar sosial lahiyələrdə dəstək göstərməyə hazırdırlar.

Görüşlərə zamanı vurğulamışdır ki, qısa müddətdə ərzində Qarabağın ən müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi həyata keçiriləcək və bölgə regionda yeni sosial-iqtisadi inkişafı mərkəzinə çevriləcəkdir.
Lahiyənin davamlılığı məqsədi ilə mövzu ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulub.

image description image description image description