S&P Azərbaycan iqtisadiyyatında ortamüddətli perspektivdə 1,3 % artım proqnozlaşdırır S&P Azərbaycan iqtisadiyyatında ortamüddətli perspektivdə 1,3 % artım proqnozlaşdırır

"Azərbaycan bu il varlanacaq" - beynəlxalq agentlik açıqladı

S&P Azərbaycan iqtisadiyyatında ortamüddətli perspektivdə 1,3 % artım proqnozlaşdırır

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2021-ci ildəki 5,6 %-lik bərpasından sonra 2022-ci ildə artımının 2,7 % olacağını proqnozlaşdırır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurum 2023-2025-ci illərdə ölkə iqtisadiyyatının orta illik artımını 1,3% səviyyəsində proqnozlaşdırır.

"Ortamüddətli artım perspektivləri daha zəifdir, çünki neft hasilatı neft yataqlarının köhnəlməsi səbəbindən azalır və qaz ixracındakı artım, çox güman ki, bu tendensiyanı yalnız qismən kompensasiya edəcək", deyə məlumatda qeyd olunub.

Agentlik bəyan edib ki, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır və hazırda bu sektor neftin dünya bazarında əlverişli qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90 %-ni, Azərbaycanın ÜDM-nin isə 50 %-ni təşkil edir.

2021-ci ildə əmtəə birjalarında “Brent” markalı neftin bir barelinin orta qiyməti 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyi bəyan edən S&P 2022-ci ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bununla belə, Azərbaycanın da üzvü olduğu OPEC+ ölkələri qrupu 2021-ci ilin iyul ayında hasilatı ayda əlavə 400 min barel artırmaq barədə razılığa gəlib ki, bunun da hesabına Azərbaycan gündə təxminən 7 min barel əlavə neft hasil edə bilər.

“Bizim fikrimizcə, mövcud vəziyyət Azərbaycanın iqtisadi, fiskal və ödəniş göstəricilərinin xeyrinə olacaq. Bununla belə, uzunmüddətli perspektiv daha az əlverişli görünür. Azərbaycan dünyanın ən qədim neft istehsalçılarından biridir və burada sənaye üsulu ilə neft hasilatına 19-cu əsrdə başlanılıb. Mövcud neft yataqları köhnəlir və hasilatda azalma davam edir. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı təxminən 30% azalaraq sutkada 1 milyon bareldən təxminən 0,74 milyon barelə düşüb”, - deyə Agentylik qeyd edib.

AzNews.az