“Gəncəbank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub. “Gəncəbank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub.

Daha bir bank müflis oldu

“Gəncəbank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub.


Ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu gün qəbul edilən qərarı ilə təyin olunub və dərhal icraya yönəldilib.

"Gəncəbank"ın ləğvedicisi "Azerbaijan İnternational Consultinq Company" MMC təyin edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 24 yanvar tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilib və "Banklar haqqında" qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, yanvarın 25-dən Banka müvəqqəti inzibatçı təyin edilib.

Qeyd edək ki, "Banklar haqqında" qanunun 72-ci maddəsinə əsasən, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Ləğvetmə prosesində olan "Gəncəbank"a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, "Gəncəbank"ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan yalnız 500-ə qədəri aktvdir. Fond ümumilikdə 378 əmanətçiyə 1,5 mln. manat ödəyəcəyini də açıqlayıb.

Report.az