- Ermənistan və Gürcüstan
- 21 Yanvar 2019 14:30
- 1 528
Abxaziyada üç rusiyalı hərbçi həlak oldu
Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.
Abxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.
TASS xəbər verir ki, “BTR-80” tipli zirehli maşın zirehli texnika karvanının dərə boyu çətin şəraitdə hərəkəti əsnasında aşıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.
Xatırladaq ki, rəsmi olaraq Gürcüstanın bir hissəsi olan Abxaziya Muxtar Respublikası 1992-1993-cü illərdəki Gürcüstan – Abxaziya müharibəsi nəticəsində bu ölkədən qoparılıb. 2008-ci il avqust ayındakı Gürcüstan – Rusiya müharibəsindən sonra Gürcüstan parlamenti sözügedən ərazini rəsmən Rusiya tərəfindən işğal olunmuş ərazi elan edib.(report.az)
© AzNews.az