Təlimlərə 12 min əsgər cəlb edilib. Təlimlərə 12 min əsgər cəlb edilib.

İran ordusu genişmiqyaslı təlimlərə başladı

Təlimlərə 12 min əsgər cəlb edilib.

Bu gün səhər saatlarında İranın quru qoşunları “Qüdrət-97” kod adı altında genişmiqyaslı təlimlərə başlayıb.

Təlimlərə 12 min əsgər cəlb edilib və müxtəlif manevrləri həyata keçirəcəklər. İranın quru qoşunlarının komandanı general Kiyumərs Heydəri mətbuata verdiyi açıqlamasında bildirib ki, təlimlərdə iranlı mütəxəssislər tərəfindən hazırlanmış vertolyotlar və yeni gecə görmə cihazları da sınaqdan çixarılacaq. Bundan başqa təlimlərdə quru qoşunlarının istifadəsinə verilən pilotsuz ucan təyyarələrdən də istifadə ediləcək. Nəzərə çatdırılıb ki, pilotsuz uçan təyyarələr də tam olaraq milli istehsaldır.

General onu da qeyd edib ki, İranın heç bir dövlətə qarşı iddiası yoxdur və heç kiminlə müharibə etmək istəyində deyil. Sadəcə olaraq İrana qarşı təhdidlər nəzərə alınıb və quru qoşunların döyüş hazırlığı yoxlanılır. Eyni zamanda, təlimlərdə yeni hərbi cihazlar da sınaqdan çıxarılacaq. General İran ordusunun dünyanın ən güclü ordularından oluğunu da diqqətə çatdırıb.(AZƏRTAC)

© AzNews.az