Qazın qiyməti 1 kub metrə görə 0,95 lari təşkil edəcək. Qazın qiyməti 1 kub metrə görə 0,95 lari təşkil edəcək.

SOCAR Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Qazın qiyməti 1 kub metrə görə 0,95 lari təşkil edəcək.

Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.

Martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 lari təşkil edəcək.

SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.(qafqazinfo.az)

© AzNews.az