- Ermənistan və Gürcüstan
- 13 Fevral 2019 16:03
- 1 318
İranda daşqın və qar çovğunu - Ölənlər var
193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.
İranda baş verən daşqın və qar çovğunu nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
M.Səliminin sözlərinə görə, 22 vilayətdə - Yəzd, Hörmüzqan, Mərkəzi, Mazandaran, Lorestan, Gülüstan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Sistan və Bəluçestan, Simnan, Xuzistan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam və İsfahan vilayətləri daşqın və qar çovğunu ilə üzləşib.
193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.(trend.az)
AzNews.az