“Layihənin icrası ilə ölkənin 210 ədəd mülki və yardım helikopterlərinə olan tələbatı təmin olunacaq" “Layihənin icrası ilə ölkənin 210 ədəd mülki və yardım helikopterlərinə olan tələbatı təmin olunacaq"

İran təcili yardım helikopterləri istehsal edəcək

“Layihənin icrası ilə ölkənin 210 ədəd mülki və yardım helikopterlərinə olan tələbatı təmin olunacaq"

İran Avropanın tanınmış şirkəti ilə birlikdə təcili yardım helikopterləri istehsal edəcək.

Bunu İranın sənayenin yenidən qurulması və inkişafı Təşkilatının sədr müavini Behzad Etimadi deyib.

B.Etimadi bildirib ki, yardım helikopterləri yanğın söndürmə, ekologiya və böhran şəraitində xilasetmə işlərində istifadə olunacaq.

Helikopter istehsalında əməkdaşlıq edəcəkləri Avropa şirkətinin adını açıqlamayan B.Etimadi bildirib ki, əldə olunmuş razılığa əsasən, İran-Avropa müştərək investisiya şirkəti təsis olunacaq və həmin şirkət mülki helikopterlərin istehsalında fəaliyyət gösətərəck.

Onun sözlərinə görə, helikopterlərin istehsalı üçün elmi-texniki biliyin ölkə daxilində inkişaf etdirilməsi məqsədi ilə icra olunacaq layihənin birinci ili 15 faiz, 4-cü ili isə 40 faiz işlər ölkə daxilində inkişaf etdiriləcək.

“Layihənin icrası ilə ölkənin 210 ədəd mülki və yardım helikopterlərinə olan tələbatı təmin olunacaq. Layihə, həmçinin ölkə üçün 600 milyon dollardan artıq xarici valyuta qazandıracaq”, - Etimadi belə deyib. (ona.az)

AzNews.az