Onu yaxınları və dostları qarşılayıblar Onu yaxınları və dostları qarşılayıblar

Sabiq Baş nazir azadlığa buraxılıb

Onu yaxınları və dostları qarşılayıblar

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azadlığa buraxılıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, 7 ilə yaxın həbsdə olan sabiq dövlət məmuru “Matrosov” adlanan həbsxananı tərk edib.

Onun siyasi fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, özünün bu barədə açıqlaması hələ olmayıb.

Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub.

O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub