Avropa Məhkəməsində Gürcüstana qarşı üç iddia qaldırılıb

Gürcüstan hökumətinin hər üç iş üzrə tutarlı arqumentləri var

Avropa İnsan Hüquqları Məhkəməsinə Gürcüstana qarşı üç iddia təqdim olunub.

AzNews.az xəbər verir ki, iddiaları sabiq prezident Mixeil Saakaşvili, Tbilisinin keçmiş meri, müxalifətçi Giqi Uqulava və Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya qaldırıb.

Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Strasburq məhkəməsi hər üç məsələyə standart prosedur üzrə baxacaq və qərarların qəbulu üçün ən azı iki il tələb olunacaq.

Qeyd edilib ki, Gürcüstan hökumətinin hər üç iş üzrə tutarlı arqumentləri var və onlar Avropa Məhkəməsinə göndəriləcək.