O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib

XİN başçısının müavini: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı üçün mühüm əsasdır”

O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı və sabitliyi üçün mühüm əsasdır”.

Aznews.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib: “Biz bu il Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasnın 30-cu ildönümünü qeyd edirik. Bu tarix hər iki ölkə üçün çox vacib əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və əməkdaşlıq birləşdirir. Qarşılıqlı münasibətlərin perspektivlərini bir sözlə - strateji tərəfdaşlıq sözü ilə qeyd etmək olar”.