İranın Kəşfiyyat Nazirindən Makron iddiası: "Onu asanlıqla aldada bilirlər"

"Fransa prezidenti Emmanuel Makron ABŞ Kəşfiyyat Xidməti tərəfindən idarə edilir".

AzNews.az xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib deyib.

"Avropa ölkələrinin bəzi liderləri ABŞ-yə qarşı müstəqillikləri mövzusunda həssaslıq göstərərdilər. İndi bu vəziyyəti Fransa Prezidenti Makronla müqayisə edək. Artıq ABŞ Prezidentinin ona nə etməli olduğunu deməsinə belə ehtiyac yoxdur. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin ona nə etməli və hansı mövqeyi sərgiləməli olduğunu deməsi bəs edir. Bunlar artıq Avropanın vacib ölkələrinin müstəqil və iqtidar sahibi liderləri deyil", - deyə nazir bildirib.

"Makronun son vaxtlar ölkəmizə qarşı mövqeyinin başqa səbəbi də var. O da 2 fransız kəşfiyyatçısının Kəşfiyyat Xidmətimiz tərəfindən həbs edilməsidir. Həmin agentlərin vəzifələrinin bəzilərini ifşa elədik. Ən maraqlı məsələni isə hələ açıqlamamışıq. Makron o qədər püxtələşməyib ki, onu asanlıqla aldada bilirlər", - o əlavə edib.

Pərvanə