- Dünyanın halı
- 11:41
- 407
İsraildə İranla əlaqəli casusluqda təqsirləndirilən şəxsə 13 il 6 ay həbs cəzası verilib
İsraildə 2024-cü ildə casusluq şübhəsi ilə saxlanılan Aleksandr Qranovski ilə bağlı məhkəmə qərarı açıqlanıb. Qranovskinin iranlı agentlə əlaqəli şəkildə təhlükəsizliklə bağlı müxtəlif tapşırıqları yerinə yetirdiyi və bu fəaliyyətlərə görə rəqəmsal valyuta ilə minlərlə dollar aldığı bildirilib.
İranlı agentlə “Telegram” üzərindən əlaqə saxlayıb
İttiham aktında yer alan məlumatlara görə, Qranovski “Telegram” vasitəsilə iranlı şəxslə əlaqə saxlayıb. Onun qarşı tərəfdən verilən tapşırıqları yerinə yetirdiyi və bunun müqabilində rəqəmsal ödənişlər aldığı qeyd olunub.
Qranovskinin İsraildəki Mavi və Ağ Partiyasının lideri Benni Qantsın yaşadığı məhəllədən fotoşəkillər çəkərək iranlı əlaqəsinə göndərdiyi də bildirilib.
Avtomobilləri yandırıb, əmlaka zərər vurub
Məhkəmə sənədlərinə əsasən, Qranovski ona verilən tapşırıqlar çərçivəsində bəzi avtomobilləri yandırmaq və əmlaka zərər vurmaq kimi əməllər törədib.
İttiham aktında iranlı şəxsin Qranovskidən zorakılıq əməlləri törətmək üçün əvvəllər məhkum olunmuş digər şəxsləri də tapmasını istədiyi qeyd edilib.
13 il 6 ay həbs cəzası
İsrail məhkəməsi İranın xeyrinə həyata keçirildiyi bildirilən fəaliyyətlər, habelə yanğın törətmə və əmlaka zərər vurma əməllərinə görə Qranovskini 13 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qərar İsrail və İran arasında gərginliyin, eləcə də regionda təhlükəsizliklə bağlı narahatlıqların davam etdiyi bir vaxtda açıqlanıb.
Mövsüm,
AzNews.az