İran Avrasiya ölkələri ilə tranzit xidmətini inkişaf etdirəcək

Tranzit daşıma sahəsində Avrasiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik.

Aznews.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi bildirib.

"Mən də ümid edirəm ki, bu addım və bu qərar tranzit sahəsində regional əməkdaşlığın inkişafına təkan verəcək. Artıq bir çox başqa sahələrdə də potensial böyükdür. Avrasiya ölkələri ilə tranzit xidməti növbəti addım olmalıdır. Avrasiya ölkələri bu layihələrə qoşulmalıdır”, - o, respublikada Rəşt-Astara dəmir yolu hissəsinin yaradılması haqqında sazişin imzalanması mərasimində deyib.

İki ölkənin nümayəndələri, Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın ​​çərşənbə günü imzaladığı sazişə əsasən, İrandakı Rəşt-Astara dəmir yolu hissəsi Rusiya ilə birgə tikiləcək.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin tədarükü işini birgə maliyyələşdirəcək. Təxminən 170 km uzunluğunda olan Rəşt-Astara xətti Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin quru hissələrini birləşdirmək üçün nəzərdə tutulub ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Rəşt-Astara xəttinin Moskva və Tehran, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xəttinin isə Moskva, Tehran və Bakı tərəfindən çəkilməsi planlaşdırılır.

Putin daha əvvəl qeyd edib ki, layihə təkcə Rusiya və İran üçün deyil, həm də qlobal ticarətin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika baxımından bu, Süveyş kanalı və Qara dəniz boğazlarına əhəmiyyətli əlavə olacaq.

Mövsüm