Gürcüstanda İŞİD əməliyyatı: 6 nəfər saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin terror təşkilatı DEAŞ üzvlərinə qarşı keçirdiyi əməliyyatlarda 6 nəfər saxlanılıb. Həmin şəxslərin müxtəlif ölkələrdə terror aktları planlaşdırdıqları bildirilib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasında bildirilir ki, Terrorla Mübarizə Mərkəzi 4 müxtəlif yerdə eyni vaxtda əməliyyat keçirib .

Əməliyyatlar zamanı 6 Gürcüstan vətəndaşının saxlanıldığı bildirilib. Saxlanılan şəxslərin terror təşkilatının nüfuzlu liderləri ilə əlaqəsi olduğu və bəzi ölkələrdə müxtəlif terror aktları planlaşdırdıqları müəyyən edilib”, - deyə məlumatda bildirilir.

İstintaq nəticəsində terror təşkilatının simvolları, elektron məlumat daşıyan qurğular, döyüş sursatı, partlayıcı maddələr və istintaq üçün əhəmiyyətli olan müxtəlif dəlillər ələ keçirilib.

Mövsüm

Aznews.az