İranda bu şəxslər edam edilib

İranın İsfahan şəhərində Məhsa Əmini nümayişlərində 3 mühafizəçini silahla qəsdən öldürdükləri üçün cəzalandırılan 3 nəfər edam edilib.

Aznews.az xəbər verir ki, Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə “silahla qəsdən adam öldürmə” və “dövlətə qarşı müharibə aparmaq” ittihamları ilə edam cəzasına məhkum edilən Salih Mir Haşimi Baltaki, Məcid Kazimi Şeyx Şabani və Səid Yakubi Kürdsefli edam edilib.

İran mətbuatında edam edilən 3 nəfərin ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib.

Mövsüm