İran ilk hipersəs ballistik raketi “Fettah”ı təqdim edib

İran “Fəttah” adlı ilk hipersəs ballistik raketini təqdim edib.

Aznews.az xəbər verir ki, İranın istehsal etdiyi ilk hipersəs ballistik raket paytaxt Tehranda prezident İbrahim Rəisi və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin iştirak etdiyi rəsmi mərasimlə təqdim edilib.

Qeyd edilib ki, “ Fəttah ” adlı hipersəs raketi 1400 kilometr uçuş məsafəsinə malikdir və saatda 15 min kilometrdən çox sürətə çata bilir.

İran prezidenti İbrahim Rəisi mərasimdəki çıxışında “Bu gün biz təhdidlərə qarşı çəkindirici gücə nail olduq. Biz indi müdafiə və hərbi sənayedə müstəqil ölkəyik”, - deyə o bildirib.

İran-İraq müharibəsi zamanı paytaxt Tehranın İraq qüvvələri tərəfindən bombalandığını vurğulayan Rəisi müdafiə və raket sənayesində mühüm işlərin aparıldığını, İranın hərbi texnologiyada milliləşdiyini bildirib.

Mövsüm