Qaxda ər və arvad baltalandı - Yenilənib

Qazax rayonunda ahıl ər və arvad evində öldürülüb.


Hadisə dünən rayonun Cəfərli kəndində baş verib.

Belə ki, 1939-cu il təvəllüdlü Nəriman Osmanov və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın cəsədləri öz evlərindən tapılıb.

Qazax Diaqnostika Mərkəzində bildirilib ki, qadının cəsədi üzərində boyun nahiyəsinin deşilmiş kəsilmiş xəsarətləri, kişinin çənə hissəsində qırıqlar aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Report.az

10:29
***
Qazaxda ər-arvad baltalanaraq öldürülüb.

Bu barədə Qazax rayon Polis Şöbəsindən bildirilib.

Qeyd olunub ki, Nəriman Osmanov və Dünya Bakıxanovanın meyitlərinə baxış keçirilərkən onların balta ilə qətlə yetirildiyi müəyyənləşib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA.az