Gürcü “qanuni oğru” “tac”sız qaldı – “Krisalıq” etdiyinə görə

45 yaşlı “qanuni oğru” Georgi Vibliani (Qiqa Tbiliski) “tac”ıdan məhrum edilib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Qiqa "tac"ını İtaliyada keçirilən "sxodka"da itirib. Belə ki, "sxodka"da "həmkarları" tərəfindən onun maliyyə məsələlərində düzgün olmaması ifşa edilib. Bu isə "oğru" aləmində "krisalıq" adlandırılır.

Məlumata görə, Qiqanı danışığa 39 yaşlı yerlisi Kako Landiya çağırıb. Kako Qiqanı bir neçə "oğru"nun iştirakı ilə hansısa tacirin problemini həll etdikdən sonra alınan "mükafatı" tamamilə mənimsəməkdə ittiham edib. Kakonun sözlərində sonra heç bir iştirakçıda Qiqanın düzgün olmamasına dair şübhə qalmayıb.

Xatırladaq ki, Georgi Vibliani 1990-cı ildə Cemal Mikeladze tərəfindən taclandırılıb.

Aydan