Qobustanda polis əməkdaşı özünü bıçaqlayıb

Qobustan rayonunda polis əməkdaşı bıçaqlanmış vəziyyətdə xəstəxanaya çatdırılıb.

APA-nın məlumatına görə Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Cəfər Cəfərov ürək nahiyəsindən ağır bıçaq xəsarəti alaraq, Şamaxı Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağırdır.
O, bıçaqla öz ürəyinə xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az