- Göz önü
- 13:15
- 355
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
General-mayor İsgəndər Allahverdiyev vəfat edib.
Bu barədə Aznews.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd edək ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.
İsgəndər Allahverdiyev sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib. “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb.