5 uşaq narkotikaya görə cinayət məsuliyyətinə cəlb edilib

2012-ci ildə 5 uşaq narkotik maddələrdən istifadə faktına görə cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə məlumatı Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov verib.

Komissiya üzvü cinayət məsuliyyətinə cəlb edilən uşaqların yaşının 18-dək olduğunu bildirsə də, onların qız və ya oğlan olduğu barədə məlumat verməyib.

Ümumiyyətlə isə 2012-ci ildə bu qəbildən olan 2590 cinayət faktı aşkar edilib ki, 2181 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 224 nəfəri 18-25 yaş, 334 nəfəri 26-29 yaş, 1618 nəfəri isə 30 yaş və daha yuxarı yaş qrupuna aid olub.

İl ərzində dövriyyədən 1 ton 335 kq narkotik maddə çıxarılıb.

Elnarə Əlosmanqızı
AzNews.az