Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb. Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

57 yaşlı qadın bıçaqlanıb

Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci təvəllüdlü Bədəlova Mətanət Məhəmməd qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.

57 yaşı qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.