- Köhnə - Kriminal
- 9 Avqust 2018 12:00
- 8 229
DİN və DTX Astarada birgə əməliyyat keçirtdi

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə əməliyyat keçirdib.
AzNews.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan taxtadan hazırlanmış və təlim üçün nəzərdə tutulmuş 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı və 2 ədəd plastikdən olan oyuncaq tapança aşkar edilərək götürülüb.
AzNews.az