“İnterpol”un Avropada həbs etdiyi “qanuni oğru”ların SİYAHISI

Bir neçə gün əvvəl Avropanın bir neçə şəhərində eyni zamanda keçirilən əməliyyat zamanı həbs edilən "qanuni oğru"ların adı məlumdur.

AzNews.az "Прайм Крайм"a istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin yaxın adamı hesab edilən Merab Cvanqeladzedən başqa həbs olunanlar arasında 46 yaşlı Aleksandr Karçivadze də var. Polis onu Praqada yaxalayıb.

65 yaşlı Qivi Qordeladze və 59 yaşlı Temuri Nemsiveradze Litvada həbs olunub. Onların yanında yeni "taclandırılan" 36 yaşlı Rajden Şuliy da olub. İtaliya polisi isə İnterpolun dəstəyi ilə bu əməliyyat nəticəsində 6 "qanuni oğru"nu qandallayıb.

Bunlar 54 yaşlı Quram Odişariya, 50 yaşlı Roina Uqlava, 35 yaşlı Qiya Qurşiani, 34 yaşlı Aleka İmedadze, Beso Kupraşvili və nəhayət 25 yaşlı Akakiya Tuquşidir. Enso Batumski ləqəbli Tuquşi ötən ilin dekabrında R.Lənkəranskinin də dəstək verdiyi Dubay "sxodka"sında taclandırılmışdı.

Bəzi "qanuni oğru"lar isə Avropa polisinin əməliyyatından gizlənməyi bacarıb. Bunlar 51 yaşlı Tamaz Koroşinadze, 43 yaşlı Ramaz Cinçaridze, 40 yaşlı Laşa Carçvliani, 39 yaşlı Koba Axvlediani, 32 yaşlı İrakli Kalaçivadır.

Elnarə
AzNews.az