BMT: 1,4 milyondan çox suriyalı Əsəd rejimindən sonra evlərinə qayıtdı

Dekabrın 8-də rejim devrildikdən sonra müxalifət müvəqqəti hökumət yaradıb və yenidənqurma prosesinə başlayıb.

Bu prosesdə suriyalıların evlərinə qayıtması davam edir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) X sosial media platforması hesabında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.

2024-cü ilin dekabr ayından bu yana yerdəyişmələrin əhəmiyyətli dərəcədə azaldığı bildirilən hesabatda Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəyə qayıdışların intensivləşdiyi vurğulanıb.

“1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır”. Yazıda suriyalılara ümidin olduğu, lakin onların həyatlarını yenidən qurmasının asan olmadığı bildirilib.

Mövsüm

Aznews.az