- Qanundan kənarda
- 13:45
- 2 036
Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.
Videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıblər.
Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülkü geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan, mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə hərbiçilərdir”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.