İşgəncə ilə öldürülən qadın icra başçısının bacısı qızıdır? - Rəsmi açıqlama(YENİLƏNİB)

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızının qətli ilə bağlı rəsmi açıqlama verilib.


Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil: "Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur".

Xatırladaq ki, bu gün bəzi KİV-lərdə dekabrın 26-da Bakıda, Dərnəgül qəsəbəsindəki yataqxanada xüsusi amansızlıqla qətlə yetirilən Aynurə Kazımovanın Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızı olması ilə bağlı məlumat yayılıb.

Amid Əyyuboğlu
AzNews.az


***
14:34

Füzuli rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızının qətilə yetirilməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.

Bu barədə AzNews.az-a Füzuli rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xəbəri təkzib edən qurumdan vurğulanıb ki, yaxın saatlarda bu haqda İcra Hakimiyyətindən rəsmi məlumat yayılacaq.

Xatırladaq ki, ötən gün Dərnəgül qəsəbəsindəki yataqxanada, qətlə yetirilən 1986-cı il təvəllüdlü Aynurə Kazımovanın Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızı olduğu haqda mediada xəbər yayılıb.

Amid Əyyuboğlu
AzNews.az


***
14:23

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dərnəgül qəsəbəsindəki yataqxanada, 1986-cı il təvəllüdlü Aynurə Kazımovanın başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən, 33 yaşlı Rafiq Ələkbərov saxlanılıb.

İnterpress.az-a daxil olan məlumata görə, iki azyaşlı uşağının gözləri qarşısında qətlə yetirilən Aynurə Kazımova Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub. O, hazırda Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızıdır.


AzNews.az