İki polis bu tikintiyə görə güllələndi - Hadisə yerindən fotolar

Sabunçu rayonu Müsabəyov küçəsində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən silahlı insident haqda xəbər vermişdik.


Xatırladaq ki, silahlı insidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub.

AzNews.az-ın müxbirinin əldə etdiyi məlumata görə, hadisədə baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər.

Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərov və Fərid Qədirovu ağır yaralayıb. Yaralılardan Fərid Qədirov xəstəxanaya çatdırılsa da, ölüb.

AzNews.az silahlı insidentə səbəb olan tikilinin fotolarını təqdim edir:

İlqar
AzNews.az
image description image description image description image description image description image description