Gəncə şəhərində iki nəfər naməlum şəxs tərəfindən bışaqlanıb. Gəncə şəhərində iki nəfər naməlum şəxs tərəfindən bışaqlanıb.

Gəncədə iki nəfər bıçaqlandı

Gəncə şəhərində iki nəfər naməlum şəxs tərəfindən bışaqlanıb.



Aznews.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakinləri 23 yaşlı Turqut Mustafayev və 25 yaşlı Orxan Əliyev bədənin müxtəlif nahiyələrindən bıçaq zərbəsi alıb. Xəsarət alanlar dərhal yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı zəmində, kim və ya kimlər tərəfindən törədildiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.