Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib. Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.

İntihar etdiyi bildirilən şəxsi qayınatası öldürüb - Bakıda

Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.


Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb. Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, E. Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib.

Hadisəni törədən T. Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.