İran İslam Respublikasından Azərbaycana daxili orqanlarında narkotik vasitə olan heroin keçirən şəxs tutulub. İran İslam Respublikasından Azərbaycana daxili orqanlarında narkotik vasitə olan heroin keçirən şəxs tutulub.

Mədəsində 7 ədəd bükümdə heroin keçirmək istədi - Tutuldu

İran İslam Respublikasından Azərbaycana daxili orqanlarında narkotik vasitə olan heroin keçirən şəxs tutulub.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, əməliyyatı Astara polisi həyata keçirib.

Astara rayon polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb.

Müstəntiq Samir Həsənovun verdiyi məlumata görə, Ramil İran İslam Respublikasından Hüseyn adlı şəxsdən 7 ədəd bükümdə 42,741 qram narkotik vasitə heroin alaraq udub və Azərbaycan respublikası gömrük məntəqəsindən keçirib. Ondan daxili orqanında - mədəsində keçirdiyi 7 ədəd bükümdə heroin götürülərək qablaşdırılıb.

Hazırda istintaq Ramilin qara bazarda dəyəri 8 min manatdan artıq olan narkotik vasitə olan heroini kimin sifarişi ilə gətirdiyini araşdırır.

Barəsində rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilən Ramil Qurbanov barəsində CM-nin müvafiq maddələri ilə iş başlayıb. İndi saxlanılan şəxsi mühakimə edildiyi maddələrə görə 8 ildən 12 həbs cəzası gözləyir.