Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonundakı 286 saylı məktəbdə baş verən bıçaqlanma hadisəsinə aydınlıq gətirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonundakı 286 saylı məktəbdə baş verən bıçaqlanma hadisəsinə aydınlıq gətirib.

Məktəbdəki bıçaqlanma ilə bağlı – Rəsmi açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonundakı 286 saylı məktəbdə baş verən bıçaqlanma hadisəsinə aydınlıq gətirib.



Qurumdan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin şagirdləri arasındakı insident tənəffüs vaxtı baş verib: "Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektoru və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Bıçaqlanan şagirdin vəziyyəti ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Xstəxanadan AzNews.az-a bildirildi ki, bıçaqlanan Xəqani Ramazanovun vəziyyəti hazırda yaxşıdır və cərrahiyə şöbəsindən palataya köçürülüb.

Xatırladaq ki, 286 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.

Sevinc YASİNQIZI