Xalq artisti, muğam ifaçısı Alim Qasımov oğlunun döyülməsi xəbərinə münasibət bildirib. Xalq artisti, muğam ifaçısı Alim Qasımov oğlunun döyülməsi xəbərinə münasibət bildirib.

Alim Qasımov oğlunun toyda döyülməsindən danışdı - "Gözünə məftil dəyib"

Xalq artisti, muğam ifaçısı Alim Qasımov oğlunun döyülməsi xəbərinə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında oğlu Qadir Qasımovun döyülməsi xəbərinin yalan olduğunu deyib.

“Hadisə bir neçə gün bundan əvvəl işdə baş verib. Qadirin gözünə məftil dəyib. O, gözündən yüngül zədə alıb. Nə qalmaqal? Qohumlar arasında heç bir qalmaqal olmayıb. Hər şey yaxşıdır, narahat olmağa əsas yoxdur”.

AzNews.az "mynews.az"a istinadən xəbər verir ki, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toy axşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər. Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.