- Köhnə - Mədəniyyət
- 21 Mart 2013 18:01
- 2 515
“İndi gəlinlə bəy “lombada” oynayır”
Arif Qazıyev: “Azərbaycan toylarında “Vağzalı”dan əsər-əlamət qalmayıb”
Muğam Teatrının sabiq direktoru Arif Qazıyevdən xəbər var. Rejissor yaxın zamanlarda köhnə məskəninə, Muğam Teatrına qayıdacaq.
Bunu AzNews.az-a əməkdar mədəniyyət işcisi Arif Qazıyev dedi. Onun sözlərinə görə, bu xəbər ona Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilib: "Hazırda Muğam Teatrında təmir işləri gedir. Nazirlikdən bildirilib ki, işlər yekunlaşan kimi Muğam Teatrı yenidən fəaliyyətə başlayacaq. Mən də ora qayıdacam. Daha bundan gözəl nə ola bilər? Bu barədə söhbətlər hələ də müzakirə olunacaq".
AzTV-də muğam layihələri üzərində işləyən rejissor yaradıcılıq planlarından da söz açdı: "Muğamlar üzərində işləyirəm. Belə ki, planlaşdırdığım 7 muğam var ki, onları film halına gətirmək istəyirəm. Bunlarla yanaşı həm də "Vağzalı" rəqsi üzərində işləyirəm. Azərbaycan toylarında "Vağzalı"dan əsər-əlamət qalmayıb. Belə getsə bölgələrdə də bu rəqs unudulacaq. Təəssüf doğuran haldır ki, hazırda toylarımızda milli rəqslərimiz əvəzinə, gəlinlə bəy "lambada" oynayır. "Lambada"ya oynayan gəlindən nə ana, nə də sağlam cəmiyyət gözləmək olar".
Bahar Rüstəmli
AzNews.az