- Köhnə - Mədəniyyət
- 28 İyun 2018 09:19
- 8 718
Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər - Nazir müavini
Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər.
Bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".
Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:
"Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər".
AzNews.az