Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə ilk dəfə “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin respublika festival-müsabiqəsinin final mərhələsi Quba rayonunun Nügədi kəndində keçirilib. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə ilk dəfə “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin respublika festival-müsabiqəsinin final mərhələsi Quba rayonunun Nügədi kəndində keçirilib.

“Qavaldaş” respublika festival müsabiqəsi keçirildi - Fotolar

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə ilk dəfə “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin respublika festival-müsabiqəsinin final mərhələsi Quba rayonunun Nügədi kəndində keçirilib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, müsabiqənin final mərhələsində İsmayıllı, Salyan, Abşeron rayonlarından və Bakı şəhərindən nağaraçalanlardan ibarət qruplar çıxış edib. Üç yaş qrupunda 50 nəfərədək uşaq və gənc solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.

Qeyd edək ki, mart ayında keçirilən yarımfinal mərhələsində Quba, İsmayıllı, Salyan, Masallı, Abşeron rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlar çıxış ediblər. Final mərhələsinə yarımfinalda keçid balını toplayan zərb alətlərinin müxtəlif növlərində ifa edən kollektivlər və solo ifaçılar buraxılıb.

İkigünlük festival-müsabiqənin birinci günündə iştirakçılara peşəkar müəllimlər tərəfindən ustad dərsləri verilib. Müsabiqənin ikinci günü isə açıq havada təntənəli final mərhələsi ilə yekunlaşıb.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə müsabiqənin keçirilməsində əsas məqsədin uşaq və gənclərin milli mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılması olduğunu bildirib.

Müsabiqənin qalibləri diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunublar.

image description image description image description image description