Rusiya prezidenti Müslüm Maqomayevin həyat yoldaşını təbrik etdi

Rusiya prezidenti Vladimir Putin SSRİ xalq artisti Tamara Sinyavskayanı 75 illik yubileyi münasibətilə təbrik edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının təbrik teleqramı Kremlin saytında yerləşdirilib.

Qeyd edək ki, Tamara Sinyavskaya 1943-cü ildə doğulub, SSRİ xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı olub. 1982-ci ildə ona SSRİ-nin, 2002-ci ildə isə Azərbaycanın "Xalq artisti" fəxri adı verilib.

AzNews.az