Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyulda Bakı şəhərində keçirilməsi qərara alınıb. Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyulda Bakı şəhərində keçirilməsi qərara alınıb.

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Ümumdünya Konfransı keçiriləcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyulda Bakı şəhərində keçirilməsi qərara alınıb.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Bakı şəhərinin Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

Ümumdünya Konfransının açılış mərasimi 16 iyul saat 18.00-da Heydər Əliyev Sarayında, bağlanış mərasimi 20 iyul saat 16.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Opera zalı) baş tutacaq.

17 iyul saat 12.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Opera zalı) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun çıxışı nəzərdə tutulub.

Konfrans çərçivəsində - 17 iyul saat 13.30-da Azərbaycan Milli Konservatoriyasında (Konsert zalı) “Turkic Session” adlı xüsusi tədbir də keçiriləcək.

AzNews.az