70-ə yaxın əlyazma ölkəmizə gətirələcək

Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxanalarında saxlanılan 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək.


Bu barədə apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, M. Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 70-dək miniatür, illüstrasiya və rübaisini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə gətirmək mümkün olacaq. Əlyazmalar XIV-XV əsrlərə aiddir.

S. Pişnamazzadə qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində M. Gəncəvinin 100-ə yaxın illüstrasiyası qorunur. Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smitin M. Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilib. Hazırda onların tərcüməsi üzərində iş gedir.


AzNews.az