- Köhnə - Mədəniyyət
- 4 İyul 2013 08:19
- 3 241
Əbülfəs Qarayev Ajda Pekkanı qəbul etdi
Görüş zamanı Ə.Qarayev qonağı salamlayaraq, onu Bakıda görməkdən məmnun olduğunu bildirib. Daha sonra son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin sürətli inkişafından söz açan nazir, ölkəmizdə mədəniyyətə olan yüksək dövlət qayğısından danışıb.
Doqquz il əvvəl Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyən A.Pekkan bu dəfəki gəlişində öncəkinə nisbətən Bakının tanınmaz dərəcədə çox inkişaf etdiyini qeyd edib.
Ölkəmizdə teatr və konsert müəssisələrinə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısına heyran olduğunu deyən sənətçi, cari ilin oktyabr ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib. Ə.Qarayev isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edərək, A.Pekkana gələcək yaradıcılığında uğurlar arzulayıb.
Bahar Rüstəmli
AzNews.az