- Köhnə - Mədəniyyət
- 9 Avqust 2012 11:50
- 5 844
Azər Atakişiyev: “Azərbaycanda istedadlı rejissor yoxdur”

"Best Model of Azerbaijan 2010"-un qalibi Azər Atakişiyevin AzNews.az saytına müsahibəsi:
-Model olmaq fikri hardan yarandı?
-Mənim model sənətinə gəlməyim təsadüf nəticəsində olub. Dostlarımla mərcləşdik və getdim uğur qazanıb, birinci oldum.
-Model olmazdan əvvəl nə kimi planlarınız var idi?
-Model olmazdan əvvəl də və indi də peşəm professional idmandır...
-Niyə görə azərbaycanlı modellər dünya səviyyəli modellər kimi irəlliyə bilmirlər? Bizim modellərdən fərqli olaraq, başqa ölkələrin modellərinin filmlərdə, reklam çarxlarında rollar aldığını görürük...
-Azəri modellər ona görə arxada qalıb ki, bizdə yaxşı rejissor, ssenarist və prodüser yoxdur. Amma bildirim ki, mənə bir neçə seriala təklifi gəlib, bu haqda fikirləşirəm.
-Bu gün Azər Atakisiyev əsasən nəylə məşğuldur?
-Mənim üçün bir hədəf var, mən ona doğru gedirəm və onada nail olacağam.
-"Best model of the world" yarişmasına seçimlərdə kənarda qaldınız. Bunu da hədəfinizin başqa səmtə olması ilə bağlamaq olar?
-Yox. "Best model of the world" yarişmasında haqsızlıqlar oldu mənə qarşı, qoymadılar Azərbaycanı dünya best modelinde təmsil edim. Amma buna üzulmürem. Çünki, mən artıq dünya reytinq cədvəlində 1-ci yer tutmuşam
Əminə
AzNews.az