İlham Əsgərov: “İndiki dublyaj aktyorları xaltura ilə məşğuldurlar”

"Mən Nəsibə xanımın iradlarının bəziləri ilə razıyam. O, düz deyir. Bu gün telekanallarda efirə gedən filmlərin səslənməsində iştirak edən aktyorların böyük əksəriyyəti küçələrdən yığılmadır".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti İlham Əsgərov bildirdi. İ.Əsgərov filmlərin səslənməsində iştirak edən heyəti savadsızlıqda suçladı: "Onların heç biri vurğunun yerini bilmir. Əksəriyyəti xaltura ilə məşğuldur.


Mətndə elə sözlər var ki, dəyişməlidir, xalq dilinə salınmalıdır. Çünki buna xalq baxır. Fəlakətdir, küçədə kimi görürlərsə dublyaja gətirirlər. Səslənmədə 3-4 nəfər tanınmış aktyorun səsi eşidilir. Əslində isə görün bizim nə qədər aktyorlarımız var. Telekanallar, studiya rəhbərləri onları yaxına buraxmır.

Nədir-nədir istedadlı aktyor pul tələb edəcək. Bu çox acınacaqlı haldır. Dublyajda iştirak edən aktyorların birinci növbədə səsi və nəfəsi olmalıdır. Onun səsi ilə obrazın nəfəsi üst-üstə düşməlidir. Əlbəttə ki, nəfəsi, istedadı olan aktyor qəpik-quruşa işləməyəcək. Sovetlər məkanında bir studiya vardı.

Hamı da ora tabe idi. Ortaya keyfiyyətli iş qoymaq üçün külli miqdarda maliyə xərcləməlisən. Bu pulu isə əsl aktyora verən yoxdur".


Lalə

AzNews.az