Filarmoniyanın oktyabr repertuarı

Azərbaycan Dövlət Filarmoniyası oktyabr ayının repertuarını açıqlayıb. Oktyabrın 4-də Azərbaycan Dövlət Rəqs Ansamblı, 12-də Niyazinin 100 illiyinə həsr olunan konsert, 17-də xalq artisti, kamança ifaçısı Habil Əliyevin 85 illik yubileyi, 18-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Gonzalo Rubalcabananın konserti, 19-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, 23-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində konsert, 25-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Buta" Kamera xorunun konserti, 29-da Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi Püşkatma mərasimi, 30-da Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi I turu, 31-də Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi II turu keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az