Balakən rayonunda qadın meyiti tapılıb. Balakən rayonunda qadın meyiti tapılıb.

Balakəndə 36 yaşlı qadın evində ölü tapılıb

Balakən rayonunda qadın meyiti tapılıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qax rayonunda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

AzNews.az