A.Halil polislər tərəfindən saxlanılıb. A.Halil polislər tərəfindən saxlanılıb.

Türk oğlan azərbaycanlı sevgilisini 55 bıçaq zərbəsi ilə öldürdü - Təfərrüat

A.Halil polislər tərəfindən saxlanılıb.

Xəbər verildiyi kimi Türkiyənin Burdur bölgəsinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib. 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə 24 yaşlı A.Halil adlı şəxs tərəfindən bıçaqla qətlə yetirib.

Həmin qətlin təfərrüatı məlum olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burdur bölgəsinin Karamanlı ərazisində yerləşən barların birində əylənən Qənirə Cabbarova və sevgilisi A.Halil evlərinə dönərkən yolda mübahisə edib.

Taksini Tefenni-Çavdır adlı ərazidə saxladan cütlük enərək dava etməyə başlayıb. Dava əsnasında A.Halil Qənirə Cabbarovaya müxtəlif yerlərindən 55 bıçaq zərbəsi endirib.

Hadisəni görən taksi sürücüsü Ali T. təcili tibbi yardıma və polisə zəng edib.

Təcili tibbi yardım maşınları hadisə yerinə gələnə qədər Qənirə Cabbarova həyatını itirib.

A.Halil polislər tərəfindən saxlanılıb.

Nigar CƏFƏR

AzNews.az