Onun 3 mağazadan oğurluq etdiyi bildirilir Onun 3 mağazadan oğurluq etdiyi bildirilir

Oğrunun maşınından tapança çıxdı...

Onun 3 mağazadan oğurluq etdiyi bildirilir

Ağcəbədidə oğurluq edən şəxsin avtomobilindən tapança tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 3-də və 8-də rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qafarov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə “Reck” markalı pnevmatik tapança aşkar edilərək götürülüb.

AzNews.az